Goranboyda “14 iyul 1969-cu il - Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirildi
14 iyul 2025 | 16:49
Goranboyda “Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində, rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə bağlı, “14 iyul 1969-cu il - Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri, bir qrup partiya fəalları, ziyalılar iştirak etdilər.








