Goranboyda “1 oktyabr – Beynəlxalq Ahıllar günü” qeyd edildi.
Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində, “1 oktyabr–Beynəlxalq Ahıllar günü” ilə bağlı, tədbir keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri və bir qrup ictimai fəallar iştirak etdilər. Tədbirdə çıxış edən ağsaqqallar, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında və həyata keçirdiyi məqsədyönlü geosiyasi tədbirlər nəticəsində, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin daha da artdığını, dövlət suverenliyimizin bərpa olunmasını, azad olunmuş torpaqlarımızda əsaslı və genişmiqyaslı bərpa, tikinti-quruculuq işlərinin aparıldığını yüksək qiymətləndirdilər. Həmçinin, Goranboy rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında da diqqətçəkən inkişafın olduğunu vurğuladılar.