Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd olundu

31 may 2025 | 13:03

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy Olimpiya İdman kompleksində “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, bir qrup ictimai fəallar, məktəbəqədər və ümumtəhsil müəssisələrinin müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. İcra başçısı Məhərrəm Quliyev “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdi və onlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Ümummilli Liderimiz Heydər Əliyev uşaqlara qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər həyata keçirilir.Tədbirdə, istedadlı uşaqların ifasında konsert proqramları, əl işləri, rəsm sərgisi, rəqslər və müxtəlif idman növlərinə məxsus idman nümunələri nümayiş etdirildi, təhsildə fərqlənən məktəblilər rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olundular.

Keçidlər