Goranboyda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi
01 iyun 2026 | 17:04
Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid övladları, ictimai fəallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir çərçivəsində uşaqların hazırladığı musiqi və rəqs nömrələri nümayiş etdirildi, onların əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Eyni zamanda müxtəlif bədii səhnələr, şeirlər və idmançıların təqdim etdiyi idman nümunələri iştirakçılar tərəfindən maraqla izlənildi. Bayram tədbiri uşaqlara xoş ovqat bəxş edərək, iştirakçılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı.








