Goranboyda “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı “Uşaqlar Gələcəyimizdir” adlı tədbir keçirildi
02 iyun 2026 | 10:34
Goranboy rayon İcra Hakimiyyəti və Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəstəyi, Yeni Azərbaycan Partiyası Goranboy rayon Təşkilatının təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı “Uşaqlar Gələcəyimizdir” adlı tədbir keçirildi. Tədbirdə uşaqların təqdimatında musiqili-əyləncəli bədii proqram, rəqs nümayiş etdirildi, şeirlər səsləndirildi və sərgiyə baxış keçirildi. Sonda uşaqlara Yeni Azərbaycan Partiyası Goranboy rayon Təşkilatı tərəfindən hədiyyələr təqdim olundu.








