Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə bağlı ümumrayon tədbirləri keçirildi.

01 iyun 2022 | 12:50

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Goranboy şəhəri mərkəzində, Heydər Əliyev parkında “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

Tədbirdə Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivi, valideynlər iştirak etdilər.Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdilər. Uşaqları təbrik edən icra başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov onlara gələcək həyatlarında uğurlar dilədilər. Tədbirdə istedadlı uşaqların ifasında konsert proqramları, rəqslər, rəsm sərgisi və idman nümunələri nümayiş etdirildi.

Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ümummilli Liderimiz Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir.

Keçidlər