Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlərin təşkilində fərqlənən kollektivlərin təltif olunması davam edir

18 iyul 2026 | 14:18

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Şəfəq kəndində fəaliyyət göstərən körpələr evi-uşaq bağçasına baş çəkərək, müəssisədə yaradılmış şəraitlə yaxından tanış oldu.
Daha sonra rayon rəhbəri bağçanın infrastrukturuna və mövcud vəziyyətinə baxış keçirdərək mövcud çatışmazlıqlarla yerində maraqlandı, promlemlərin qısa zamanda aradan qaldırılması üçün aidiyyəti xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıq və tövsiyələr verdi.
Sonda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbirlərin hazırlanması və keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə Şəfəq kənd körpələr evi–uşaq bağçasının kollektivinə Rayon İcra Hakimiyyəti başçısının təşəkkürnaməsi təqdim olundu.

Keçidlər