Goranboyda “08 noyabr –Zəfər Günü” ilə bağlı növbəti ağacəkmə aksiyası keçirildi
08 noyabr 2025 | 10:53
Goranboyda, “08 noyabr–Zəfər Günü” ilə bağlı ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, növbəti ağacəkmə aksiyası keçirildi. Goranboy rayon Mərkəzi Xəstəxanasının ərazisində təşkil olunan aksiyada, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və rayon Mərkəzi Xəstəxanası-Publik Hüquqi Şəxsin bir qrup əməkdaşları iştirak etdilər.








