Goranboyda “08 noyabr –Zəfər Günü” ilə bağlı növbəti ağacəkmə aksiyası keçirildi
06 noyabr 2025 | 09:29
Goranboyda, “08 noyabr –Zəfər Günü” ilə bağlı ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, növbəti ağacəkmə aksiyası Fəxralı kəndində keçirildi. Aksiyada, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, bir qrup şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.








