Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy və Tərtər rayonlarının İcra Başçıları “Tərtər” sol sahil magistral kanalında aparılan təmir-bərpa işləri ilə yerində tanış oldular.

06 yanvar 2023 | 10:31

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və  Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, aidiyyəti məsul şəxslərlə birgə  “Tərtər” sol sahil magistral kanalında aparılan təmir-bərpa işləri ilə yerində tanış oldular, müvafiq tapşırıq və tövsiyyələrini  birdirdilər.

Bildiririk ki, “Tərtər” sol sahil magistral kanalı 22,4 kilometr uzunluğundadır və saniyədə 20 kub su ötürür. Goranboy, Yevlax, Bərdə və Tərtərin sol sahilində yerləşən kəndlərində, ümumilikdə, 29 min hektar sahənin suvarılmasında mühüm rol oynayır. Kanalın su mənbəyi Suqovuşan anbarıdır. Birinci Qarabağ müharibəsində Suqovuşan su anbarı işğal altında olduğuna görə, kanala su verilməyib. Aparılan təmir-bərpa işlərinin gələn ilin oktyabrında tamamlanacağı nəzərdə tutulub. Təmir-bərpa işləri başa çatdıqdan sonra kanala yenidən Suqovuşan anbarından suyun verilməsi təmin ediləcək. Bununla da “Xan arxı” vasitəsi ilə rayonun Əlirzalı, Xan Qərvənd, Yeniyol, Təklə, Aşağı Ballıqaya kəndlərinin və Qızılhacılı qəsəbəsinin əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq.

Keçidlər