Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy şəhərinin görkəmi daha da müasirləşdirilir.

19 noyabr 2022 | 11:12

Goranboy şəhərinin Goran qəsəbəsindən giriş hissəsində, Goran-Goranboy avtomobil yolunun ətrafında abadlıq işləri aparıldı, yeni gül kolları əkildi. 44 günlük Vətən Müharibəsinin Şanlı Zəfər tarixini özündə əks etdirən  “Qarabağ Azərbaycandır”  şüarının,  gips daşları vasitəsi ilə xüsusi mənzərə üzərinə yazılması Goranboya müasir görkəm verir. İcra Başçısı Məhərrəm Quliyev görülən işlərlə yerində tanış oldu, Şəhərin digər  istiqamətlərində də abadlıq, yenidənqurma işlərinin aparılması, yeni gül kolları  və həmişəyaşıl ağacların əkilməsi, ümumilikdə şəhər infrastrukturunun daha da müasirləşdirilməsi ilə bağlı, aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyyələrini bildirdi

Keçidlər