Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy şəhərinin Baş planının yekun layihəsi müzakirəsi edildi.

16 avqust 2022 | 10:09

Goranboy şəhərinin Baş planı layihəsi  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  sifarişi əsasında tərtib edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinə əsasən, təsdiq olunmazdan əvvəl Baş planın yekun  layihəsi  Goranboy rayon İcra Hakimiyyətində ictimai müzakirəyə çıxarıldı. İctimai müzakirədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  nümayəndəsi Fəxri Aydəmir, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov və  rayon İcra Hakimiyyətinin digər məsul vəzifəli şəxsləri, rayonun aidiyyəti xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Keçidlər