Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy şəhərinin abadlaşdırılması işləri davam etdirilir.

30 dekabr 2022 | 12:31

Goranboy rayonunda  son illərdə  həyata keçirilən əsaslı layihələr, o cümlədən Goranboy şəhərində  aparılan yenidənqurma və  abadlıq işləri  diqqət çəkir. Goranboy şəhərinin bütün küçə, səki və parklarında müasir üslubda görülən işlər sakinlərin zövqünü oxşayır. Küçələrə yeni asfalt örtük salınır, bardürlər yenilənir, səkilərə səki-yandaşları düzülür, müasir gecə  işıqlandırması qurulur, yolkənarı ərazilərə və parklara gül kolları və həmişəyaşıl ağaclar əkilir. Şəhərimizin abadlıq və səliqə-səhman işlərinə xüsusi diqqət yetirilir. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış oldu, tapşırıq və tövsiyyələrini bildirdi.

Keçidlər