Goranboy şəhərinin 58-ci məhəlləsində əsaslı və genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılmışdır.
21 iyun 2023 | 10:30
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, Goranboy şəhərinin 58-ci məhəlləsində aparılan əsaslı və genişmiqyaslı abadlıq-quruculuq işləri ilə yerində tanış oldu. Məhəllədə aparılan abadlıq işləri çərçivəsində, asfaltın salınması məqsədi ilə hazırda bütün küçələrə daş-çınqıl verilir, hamarlanma işləri aparılır. Bununla yanaşı, küçələrdə gecə işıqlandırılmasının qurulması da təmin ediləcəkdir. İcra Başçısı burada aparılan və gələcəkdə nəzərdə tutulan işlərlə bağlı məsləhətləşmələr apardı, müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.