Goranboy şəhərində yeni inşa edilmiş Sağlamlıq Klinikası müasir tələblərə cavab verir
26 may 2025 | 11:27
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov Goranboy şəhərində yeni inşa edilmiş Sağlamlıq Klinikası ilə yerində tanış oldular. Məlumat üçün bildiririk ki, sahəsi 492 kv.m olan Sağlamlıq Klinikasının tikintisinə 2023-cü ilin iyul ayında başlanmış və 2025-ci ilin aprel ayında yekunlaşmışdır. Klinika Paşa Bankın maliyyə dəstəyi ilə tikilmişdir. Klinikada labaratoriya xidmətinin fəaliyyəti və 8 nəfərin işlə təmin olunması nəzərdə tutulub.