Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy şəhərində yeni inşa edilmiş çoxmənzilli yaşayış binalarının mənzillərinin püşkatma yolu ilə bölgüsü aparıldı

28 yanvar 2026 | 11:28

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı, Goranboy şəhərinin Cəfər Cabbarlı və Məmməd Məhərrəmov küçələrində inşa edilmiş 2 ədəd 4 mərtbəli 36 mənzilli yaşayış binalarının mənzillərinin püşkatma yolu ilə bölüşdürülməsi məqsədilə rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri və RİH yanında İctimai Şuranın üzvlərindən ibarət müvafiq Komissiyanın və vətəndaşların birgə iştirakı ilə mənzillərin bölgüsü aparıldı. Püşkatmaya uyğun olaraq, mənzillərin sahibləri müəyyənləşdirildi və bununla bağlı müvafiq akt tərtib edildi.

Keçidlər