Goranboy şəhərində yaşayış binalarının, küçələrin və istirahət guşələrinin abadlaşdırılması daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müntəzəm əməli tədbirlər görülür
12 noyabr 2024 | 12:24
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, Goranboy şəhərində aparılması nəzərdə tutulan cari təmir-bərpa işləri ilə bağlı, Vidadi, Cəfər Cabbarlı küçələrində və həmin ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasında oldu, bu istiqamətdə aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirdi. Yaşayış massivinin sakinləri ilə səmimi söhbətlər edən İcra Başçısı, onların problem və təkliflərini dinlədi.