Goranboy şəhərində səyyar qəbul keçirildi.
24 avqust 2023 | 15:50
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Goranboy şəhər 58-ci məhəllədə səyyar görüş keçirdi. Sakinləri dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən təbii qaz xətti, su və məhəlləyə avtobus marşrut xəttinin açılması məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.