Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli ofisi - “KOB dostu” fəaliyyətə başladı.

23 may 2024 | 17:02

Goranboy rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev və KOBİA  İdarə heyətinin sədri Orxan Məmmədov əvvəlcə, Goranboy şəhər Olimpiya İdman Kompleksində  bir qrup sahibkar və fermerlərlə  görüşdülər. Görüşdə, kiçik  və orta biznesin inkişafı sahəsində mövcud problem və təkliflər dinlənildi, bu istiqamətdə qarşılıqlı müzakirələr aparıldı, sahibkar və fermerlərin  sualları cavablandırıldı. Sonra, Goranboy rayonunda fəaliyyət göstərən iri istehsal müəssisəsi olan “G Group” MMC-nin fəaliyyəti ilə  və yeni fəaliyyətə başlayan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli ofisi - “KOB dostu”    ofisində  mövcud  şəraitlə yerində tanış oldular.

Keçidlər