Goranboy şəhərində inşası başa çatmış ən müasir tibb müəssisəsi Medlife Hospital istifadəyə hazırdır.
Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Goranboy rayonunda da sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırmışdır. Bunun sayəsində son dövrlər rayonda özəl istehsal müəssisələri, orta və iri sahibkarlıq obyektləri fəaliyyətə başlamışdır. Bu istiqamətdə həyata keçirilən əsaslı tədbirlərin nəticəsidirki, Goranboy şəhərində, 2023-cü ilin mart ayında tikintisinə başlanmış, inşasına ümumilikdə 15 milyon manat vəsait xərclənilmiş və ən müasir, yüksək keyfiyyətli tibbi avadanlıqlarla təhciz edilmiş özəl tibb müəssisəsi - Medlife Hospital artıq istifadəyə hazırdır. 98 çarpayılıq Hospitalda ambulator, stasionar, cərrahiyyə, doğuş və təcili yardım şöbələri, o cümlədən ambulator şöbədə ginekologiya, travmotologiya, lor, oftalmologiya, bütün laborator müayinələr, hər növ ultrasəs müayinələri və radiologiya xidmətləri fəaliyyəti və 200-dən çox şəxsin işlə təminatı nəzərdə tutulmuşdur. Goranbyoy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, sahibkarlar günü ərəfəsində, Medlife Hospitalda oldu, Hospitalın fəaliyyəti ilə yaxından maraqlandı.