Goranboy şəhərində genişmiqyaslı və əsaslı abadlıq, quruculuq işləri sürətlə davam etdirilir
21 noyabr 2024 | 10:26
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, Goranboy şəhərinin 58-ci məhəlləsində aparılan abadlıq, quruculuq, o cümlədən küçələrə asfalt örtüyünün çəkilməsi işləri ilə bir daha yerində tanış oldu, görülən işlərin keyfiyyəti ilə maraqlandı, müvafiq tapşırıq və tövsiyələrini verdi. İcra başçısı, Məhəllənin bir qrup sakinləri ilə də görüşdü, onlarla səmimi söhbət apardı, problem və təkliflərini dinlədi.