Goranboy şəhərində əhali arasında fiziki aktivliyə dair maarifləndirici materiallar paylandı.
20 iyun 2023 | 09:29
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.3. bəndinə uyğun olaraq, Goranboy rayon İcra Hakimiyyəti, Goranboy rayon Mərkəzi Xəstəxanası - Publik Hüquqi Şəxs və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Goranboy şəhərində əhali arasında fiziki aktivliyə dair maarifləndirici materiallar paylandı.