Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy şəhərində bütün küçələrin abadlaşdırılması rayonumuzun sosial-iqtisadi inkişafının əsas hədəflərindəndir

18 noyabr 2024 | 17:09

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, sakinlərin müraciəti əsasında, Goranboy şəhərinin Əsgər ağa Gorani küçəsində oldu. İcra Başçısı küçənin bir qrup sakinləri ilə görüşdü, onların problem və təkliflərini yerində dinlədi, küçənin abadlaşdırılması, asfalt örtüyünün yenilənməsi, elektrik, rabitə, su, kanalizasiya və təbii qaz xətlərinin qaydaya salınması, bu sahələrdə cari təmir-bərpa işlərinin aparılması və küçənin gecə işıqlandırılmasının təmin edilməsi  ilə bağlı, xidmət sahələrinin rəhbərlərinə və digər aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verdi. Qeyd olunan küçənin, müvafiq tədbirlər planına uyğun, növbəlilik əsasında,  abadlaşdırılması  nəzərdə tutulmuşdur.

Keçidlər