Goranboy şəhərində abadlıq, yenidənqurma işləri davam etdirilir.
Goranboy şəhərinin abadlaşdırılması, küçə və səkilərin yenidən qurulması, kommunal təhcizat xətlərinin yenilənməsi, küçələrin gecə işıqlandırılmasının təmin edilməsi, çoxmənzilli yaşayış binalarının təmiri və digər işlər, ötən ildə olduğu kimi cari ildə də ön plana çəkilmişdir. İsmət Qayıbov, Nazim Hikmət, Səməd Vurğun, Nigar Rəfibəyli, İlham İsmayılov, Şıxəli Qurbanov, Mikayıl Müşfiq, Vüqar Bayramov, Xəqani, Qatır Məmməd küçələrində 15 150 kv.m asfalt örtük salınmışdır. İlham İsmayılov, Vidadi, İsmət Qayıbov, Mikayıl Müşfiq, Xəqani, Məmməd Məhərrəmov, Vaqif, Cəlil Məmmədquluzadə küçələrində 5720 metr səki yan daşları düzülmüş, 11 675 kv.m səkiyə asfalt örtük salınmışdır. Qeyd edilən bütün küçələrə 210 ədəd Led lampaqlar, məişət tullantısının toplanması üçün 80 ədəd qutu, 37 küçəyə ad bildirən lövhələr quraşdırılmışdır. Hazırda Şəhidlər Xatirə Kompleksində yenidənqurma işləri aparılır. S.Civəzadı küçəsi 9-a ünvanında yerləşən Şəhid ailələri və digər imtiyazlı ailələr üçün inşa edilmiş 16 mənzilli yaşayış binasında fərdi qaydada kombi sistemi çəkilib. 4 qəzalı yaşayış binasının yerində inşa ediləcək yeni binaların layihə-smeta sənədləri işlənilir. Yaxın vaxtlarda tikinti işlərinin başlanılması nəzərdə tutulmuşdur.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxlərlə birgə, aparılan əsaslı abadlıq işləri ilə yerində tanış oldu, gələcəkdə şəhərin digər küçələrində həyata keçirilməsi nəzərdə tutulan müvafiq işlərlə, o cümlədən, küçələrin asfaltlaşdırılması, piyada səkilərinin yenidən qurulması, işıq dirəklərinin düzəldilməsi, qaz borularının rənglənməsi, rabitə xətlərinin dəyişdirilməsi, kanalizasiya qapaqlarının səliqəyə salınması və digər cari məsələlər ilə bağlı müzakirə və məsləhətləşmələr apardı, rayonun aidiyyəti xidməti təşklatlarının rəhbərlərinə tapşırıq və tövsiyələrini çatdırdı.