Goranboy şəhərində abadlıq-quruculuq işləri davam edirilir.
09 dekabr 2022 | 11:32
Hazırda şəhərin eyni zamanda bir neçə küçəsində əsaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. Küçələrə səki yandaşları və bardürlər düzülür, gecə işıqlandırmasını təmin etmək üçün işıq dirəkləri qurulur. Ümumilikdə, Goranboy şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilib. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə aparılan işlərlə yerində tanış olub, işlərin keyfiyyətlə aparılması və digər küçələrdə görülməsi nəzərdə tutulan işlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.