Goranboy şəhərində abadlıq-quruculuq işləri davam edirilir.
17 iyul 2021 | 04:10
Hazırda, şəhərin İsmət Qayıbov və Nazim Hikmət küçələrində əsaslı tikinti-quruculuq, abadlıq işləri aparılır. Qeyd olunan küçələrə yeni asfalt salınır, səki yandaşları və bardürlər düzülür, küçələrin işıqlandırmasını təmin etmək üçün işıq dirəkləri qurulur. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə birgə aparılan işlərlə yerində tanış oldu, işlərin keyfiyyətlə aparılması ilə bağlı tapşırıq və tövsiyyələrini bildirdi.