Goranboy şəhəri S.Vurğun küçəsində yaşayan vətəndaşları narahat edən müraciətə yerində baxıldı
16 aprel 2019 | 11:05
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev S.Vurğun küçəsində yaşayan vətəndaşların müraciətinə yerində baxış keçirib
Səməd Vurğun küçəsində yaşayan sakin Musayeva Narıngül Alı qızının və başqalarının müraciətinə əsasən icra başçısı həmin ünvanda olub.
Vətəndaşlar həyətyanı torpaq sahəsini suvarmaq üçün subartezian quyusunu təmiri və işə salınması ilə əlaqədar müraciət etmişlər. Müraciət yerində araşdırılmış, cənab Məhərrəm Quliyev Goranboy rayon Su-Kanal idarəsinin rəhbərliyinə problemin qısa zamanda aradan qaldılrılması üçün tapşırıqlarını verdi.