Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksində cari abadlıq işləri aparıldı
03 dekabr 2024 | 15:44
Goranboy rayonunda payız-qış mövsümü ilə əlaqədar olaraq, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən yaşıllıqlara aqrotexniki qulluq göstərilir, park və xiyabanlarda, eləcədə yol və prospektboyu mövcud olan ağacların və gül kollarının budanması həyata keçirilir. Bu məqsədlə, Goranboy şəhərinin Şəhidlər Xatirə Kompleksində cari abadlıq işləri aparıldı, gül kollarının budanması həyata keçirildi. Mövsümi xarakter daşıyan budama və mövcud yaşıllığa göstərilən aqrotexniki tədbirlər şəhərin müxtəlif ərazilərində də davam etdiriləcəkdir.