Goranboy şəhəri 58-ci məhəllədə küçələrin asfaltlaşdırılması işləri sürətlə davam etdirilir
15 noyabr 2024 | 11:18
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, Goranboy şəhərinin 58-ci məhəlləsində aparılan, küçələrin asfaltlaşdırılması işləri ilə bir daha yerində tanış oldu, görülən işlərin keyfiyyəti ilə maraqlandı, müvafiq tapşırıq və tövsiyələrini verdi. İcra başçısı, Məhəllənin bir qrup sakinləri ilə də görüşdü, onlarla səmimi söhbət apardı, problem və təkliflərini dinlədi.