Goranboy şəhər sakini Əmiraslanova Pərvanə İbrahim qızının sosial şəbəkələrdə yayımladığı video çıxışına Goranboy rayon İcra Hakimiyyətinin münasibəti
Goranboy şəhər sakini Əmiraslanova Pervanə İbrahim qızının sosial şəbəkələrdə yayımladığı, qəhrəman Goranboylulara yaraşmayan video çıxışlarında həyat yoldaşı keçmiş hərbçi Məmmədov Teymur Yusif oğluna rayon İcra Hakimiyyətinin Şəhidlik statusu təyin edilməsi tələbinə cavab olaraq bildiririk ki, Məmmədov Teymur Azərbaycan Respublikasının Goranboy rayon Qeydiyyat Şöbəsinin 14 iyun 2021-ci il tarixli AZ-II № 188916 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xroniki qaraciyər çatışmazlığı səbəbindən 04 iyun 2021-ci il tarixdə vəfat etmişdir.
Keçmiş hərbçi Teymur Məmmədovun dəfn mərasimində Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyət nümayəndələri iştirak etmiş, rayon İcra Hakimiyyətinin imkanları daxilində onun qəbrüstü abidəsi qoyulması üçün 2000 manat məbləğində pul vəsaiti yardım edilmişdir.
Eyni zamanda Keçmiş hərbçi Teymur Məmmədovun azyaşlı övladının bu məsələyə münasibət bildirməsinə sövq edilməsi qəhrəman Goranboylulara yaraşmayan yanaşmadır.
Bildiririki ki, Goranboy rayon İcra Hakimiyyəti və rayon İctimaiyyəti tərəfindən şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial qayğı və problemlərinə rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində koməkliklər göstərilir.
Mövcud qanunvericiliyin tələblərinə əsasən Goranboy rayon İcra Hakimiyyəti Şəhidlik statusu təyin edən orqan olmadığı üçün Əmiraslanova Pervanə İbrahim qızının tələbinin heç bir hüquqi əsası yoxdur. Vətəndaş P.Əmiraslanovaya Şəhidlik statusu ilə bağlı adiyyəti üzrə müraciət etməsi dəfələrlə tövsiyə olunmuşdur.
Qeyd: keçmiş hərbçi Məmmədov Teymur Yusif oğlunun Ölüm səbəbini təsdiqləyən arayışın və ölüm haqqında şəhadətnamənin və qəbrüstü şəkillərinin sürətləri əlavə olunur.