Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy şəhər məscidində Dini icma rəhbərləri ilə görüş keçirildi.

12 iyul 2024 | 10:50

Goranboy rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə hüquq mühafizə orqanları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin məsul əməkdaşlarının iştirakı ilə Goranboy şəhər məscidində dini icma rəhbərləri ilə görüş keçirildi, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar şurasının Fətvası rayonun dindarlarına və Dövlət qurumlarına çatdırıldı.Dövlət-din münasibətlərinin tənzimlənməsi, rayonun mövcud dini durumu və bu istiqamətdə aidiyyəti təşkilatlarla əlaqəli fəaliyyətin davam etdirilməsi ilə bağlı maarifləndirici söhbətlər aparıldı. Görüş zamanı Azərbaycan dövlətinin yürütdüyü dini siyasətin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığı və digər dövlətlərə model kimi tövsiyə edildiyi vurğulandı.

Ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər. Üstəlik ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırmaçılar, nazirlər, politoloqlar, ilahiyyatçılar, qafqazşünaslar da Azərbaycanın dövlət-din münasibətləri modelini digər ölkələrə nümunə göstərirlər.

Keçidlər