Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı, tədbir keçirildi.
01 oktyabr 2024 | 09:54
Goranboy rayon İcra Hakimiyyəti və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən Goranboy şəhər 2 nömrəli tam orta məktəbinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı, Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə, şagirdlərin əl işləri nümayiş etdirildi, yaşıllıqların qorunması, artırılması və ətraf mühitin məişət tullantılarından təmizlənməsi ilə bağlı, maarifləndirici məlumatlar verildi. Məktəbin həyətyanı sahəsində olan ağacların ətrafı təmizlənərək gövdələri rəngləndi.