Goranboy RİH-nin başçısı qəzalı vəziyyətdə olan 5 mərtəbəli, 60 mənzilli yaşayış binasının sakinləri ilə görüşdü
Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi-4 ünvanında yerləşən 5 mərtəbəli, 60 mənzilli yaşayış binasında baş vermiş çöküntü hadisəsi və bunun nəticəsində yaranmış fəsadların aradan qaldırılması ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış Qərargah üzvləri və digər aidiyyəti məsul şəxslər ərazidə operativ və işgüzar işlərini davam etdirir. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon İcra Hakimiyyətində bir qrup bina sakinləri ilə görüşdü, yaranmış problemin aradan qaldırılması istiqamətində, aidiyyəti yuxarı dövlət qurumları ilə müvafiq əlaqəli işlər aparıldığını bildirdi. Məlumat üçün bildiririk ki, sakinlərə ev avadanlıqlarının və məişət əşyalarının daşınması və 1 illik kirayə pullarının ödənilməsi təmin edilmişdir.








