Goranboy RİH-nin Başçısı baş verən təbii fəlakət nəticəsində Gürzallar kəndində ziyan dəymiş fərdi təsərrüfatlara baş çəkdi.
05 may 2023 | 13:03
Bildiririk ki, 30.04.2023-cü il tarixdə Goranboy rayonu ərazisində güclü leysan yağışı və dolu nəticəsində çaylarda suyun səviyyəsi artmış, ümumilikdə 3436 təsərrüfatı əhatə edən 1 şəhər, 3 qəsəbə və 8 kəndə, o cümlədən: Börü və Gürzallar kəndlərinin yol infrastrukturuna, Dəliməmmədli şəhəri, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd və Qazanbulaq qəsəbələrində, Borsunlu, Yəhərçi Qazaxlar, Sarov, Veyisli, Sarovlu və Muzdurlar kəndlərində bir neçə fərdi yaşayış evlərinə, iri və xırda buynuzlu mal-qaraya, ev quşlarına və əkin sahələrinə qismən ziyan dəymişdir. Bununla bağlı, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Gürzalılar kəndində ziyan dəymiş fərdi təsərrüfatlara baş çəkdi. İcra başçısı dəymiş ziyanın müəyyən edilməsi və fəsadların aradan qaldırılması ilə bağlı, aidiyyəti məsul vəzifəli şəxslərə tapşırıqlarını bildirdi. Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakət nəticəsində dəymiş ziyanın öyrənilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Aparılan monitorinqlərin nəticəsi əsasında, aidiyyəti üzrə yuxarı dövlət qurumlarına rəsmi müraciətlərin ünvanlanması RİH tərəfindən təmin ediləcəkdir.