Goranboy RİH-də aidiyyəti dövlət qurumları nümayəndələrinin birgə iştirakı ilə iclas keçirildi.
16 noyabr 2023 | 11:14
Goranboy rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında, İcra Hakimiyyətinin, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin, FHN Dövlət Yanğın Təhlükəsizliyi Nəzarəti Xidmətinin, yerli icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə iclas keçirildi. İclasda Heydər Əliyev ili ilə bağlı tədbirlərin yerlərdə davam etdirilməsi, vətəndaş müraciətilərin təhlili, ərazilərdə aparılan tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması, örüş yerlərinin təyinatı üzrə istifadə edilməsi vəziyyəti, təsərrüfatbaşı uçot kitablarının işlənməsi, səyyar qəbullar zamanı edilən müraciətlər, əmək intizamı və etik davranış qaydalarına riayət olunması məsələləri müzakirə olundu.