Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy RİH başçısının Goran qəsəbəsində keçirilən səyyar qəbulu zamanı vətəndaşlar tərəfindən edilən müraciətlər, aidiyəti məsul şəxslərin birgə iştirakı ilə yerində araşdırıldı.

01 noyabr 2023 | 10:12

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. Bu məqsədlə, Goranboy rayonunda İcra Başçısı, rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərlərinin birgə iştirakı ilə keçirilən bütün səyyar qəbullarda,  sakinlərin sosial qayğıları dinlənilir, yaşayış məntəqəsinin həlli vacib problemləri öyrənilir, müraciət və problemlərin operativ həlli istiqamətlərində zəruri əməli tədbirlər həyata keçirilir. Goran qəsəbəsində də keçirilən səyyar qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlərin yerində araşdırılması və  həlli ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədi ilə, RİH Başçısının müvafiq tapşırığı əsasında Komissiya yaradılmış, Komissiya üzvlərinin  iştirakı ilə müraciətlər yerində araşdırılmış və həlli ilə bağlı, müvafiq tədbirlər görülmüşdür.

Keçidlər