Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy RİH başçısı Türkiyənin Gəncə şəhərindəki Baş konsulu ilə görüşdü.

26 yanvar 2024 | 10:45

Goranboy rayon İcra Hakimiyyətində, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztopla  görüşən icra başçısı Məhərrəm Quliyev, ötən ildən diplomatik fəaliyyətə başlayan Baş konsula uğurlar arzuladı. Görüş zamanı diplomata  Goranboyun  tarixi, mədəniyyəti və iqtisadi  resursları barədə ətraflı məlumat verildi. İcra başçısı Türkiyənin Gəncədəki Baş konsulluğu ilə sıx əməkdaşlıq əlaqələrinin  mövcud olduğunu qeyd edərək dövlətimizin bütün sahələrdə  qardaş ölkənin daim yaxın dəstəyini hiss etdiyini bildirdi. Türkiyəli diplomat RİH-nin inzibati binasının foyesində yaradılmış, Ümummilli Lider Heydər Əliyev və Prezident cənab İlham Əliyevin müxtəlif vaxtlarda  rayonumuza səfərlərini özündə əks etdirən fotoguşə ilə tanış edildi.

Keçidlər