Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy RİH Başçısı baş verən təbii fəlakət nəticəsində Aşağı Ağcakənd qəsəbəsində ziyan dəymiş fərdi təsərrüfatlara baş çəkdi.

06 may 2023 | 10:17

Bildiririk ki, 30.04.2023-cü il tarixdə  Goranboy rayonu ərazisində  güclü  leysan yağışı və dolu  nəticəsində  çaylarda  suyun səviyyəsi artmış, ümumilikdə 3436 təsərrüfatı əhatə  edən 1 şəhər, 3 qəsəbə və 8 kəndə, o cümlədən: Börü və Gürzallar kəndlərinin yol infrastrukturuna, Dəliməmmədli şəhəri, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd və Qazanbulaq qəsəbələrində, Borsunlu, Yəhərçi Qazaxlar, Sarov, Veyisli, Sarovlu və  Muzdurlar kəndlərində  bir neçə  fərdi yaşayış evlərinə, iri və xırda buynuzlu mal-qaraya, ev quşlarına və əkin sahələrinə qismən ziyan dəymişdir. Bununla bağlı, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə,  Aşağı Ağcakənd qəsəbəsində ziyan  dəymiş fərdi təsərrüfatlara baş çəkdi. İcra başçısı dəymiş ziyanın müəyyən edilməsi və fəsadların aradan qaldırılması ilə bağlı, aidiyyəti  məsul vəzifəli şəxslərə tapşırıqlarını bildirdi.  Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakət nəticəsində dəymiş ziyanın öyrənilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Aparılan monitorinqlərin nəticəsi əsasında. Aidiyyəti üzrə yuxarı dövlət qurumlarına rəsmi müraciətlərin ünvanlanması RİH tərəfindən təmin ediləcəkdir.

 

 

 

Keçidlər