Goranboy "Region Agro" MMC-də “Yaşıl dünya naminə həmrəylik ili“ tədbirləri çərçivəsində, elektrik enerjisindən qənaətlə istifadənin təbliği məqsədilə tədbir keçirildi
“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı, Goranboy rayonunda il ərzində müxtəlif sahələr üzrə silsilə tədbirlər həyata keçirilmiş, seminar, konfrans və dəyirmi masalar təşkil olunmuş, yeni yaşıllıq zolaqlarının salınması və mövcud infrastruktura müvafiq aqrotexniki xidmətlər üzrə əməli tədbirlər görülmüş, qeyd olunan istiqamətlərdə maarifləndirici təbliğat işləri aparılmışdır. Bununla bağlı, rayon ərazisində silsilə tədbirlər davam etdirlir. Bu məqsədlə, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili“ elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 4.8. bəndinə uyğun olaraq, elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi tədbiri üzrə, rayon ərazisində fəaliyyət göstərən "Region Agro" MMC-də görüş keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyətinin, rayon Paylayıcı Elektrik Şəbəkəsinin və "Region Agro" MMC-nin əməkdaşları iştirak etdilər.