Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunun Xoylu kəndində səyyar qəbul keçirildi.

19 aprel 2022 | 10:23

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Xoylu kəndində səyyar görüş keçirdi. Bir qrup kənd sakinlərini dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirdi. Qəbuldan sonra, İcra Başçısı Xoylu kəndindən Vətən Müharibəsi şəhidləri Xıdırov Elgün Fuad oğlu, Namazov Orxan Ceyhun oğlu və Məmmədov Nemət Fəxrəddin oğlunun ailələri ilə görüşdü, onların sosial qayğıları ilə bir daha maraqlandı, çay süfrəsi arxasında səmimi söhbətlər edildi.

Keçidlər