Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunun Xoylu kəndində 100 evə su xəttləri çəkildi.

26 aprel 2023 | 09:56

Yeni Azərbaycan Partiyasının təşəbbüsü və Milli Məclisin deputatı Anar Məmmədovun  dəstəyi ilə Goranboy rayonunun Xoylu kəndində  əhalinin texniki sudan daimi istifadəsini təmin etmək məqsədi ilə 30 tonluq su çəni quraşdırıldı, 100 fərdi yaşayış evinə su xəttləri çəkildi. Bununla bağlı keçirilən tədbirdə Milli Məclisin deputatları Anar Məmmədov, Ramin Məmmədov, RİH Başçısının birinci müavini Seymur Nazarov, bir qrup ictimai fəallar, kənd ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak etdilər.

 

Keçidlər