Goranboy rayonunun Tərtər rayonundan giriş hissəsində, Xan Qərvənd kəndi ərazisində rayonun adını bildirən “Giriş Qapısı” yeni layihə əsasında yenidən qurulacaq, ətrafında abadlıq-quruculuq işləri aparılacaq.
26 dekabr 2022 | 17:53
Goranboy rayonunun Tərtər rayonundan giriş hissəsində, Xan Qərvənd kəndi ərazisində rayonun adını bildirən “Giriş Qapısı” yeni layihə əsasında yenidən qurulacaq, ətrafında abadlıq-quruculuq işləri aparılacaq. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslər və yerli icra nümayəndəsi, bələdiyyə ilə birgə, Xan Qərvənd kəndində layihə və görüləcək işlərlə yerində tanış oldu, müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.