Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunun Qazanbulaq qəsəbəsində yaşayan 870 nəfər əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş su şəbəkəsi istifadəyə verildi.

27 dekabr 2023 | 16:33

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq,  Goranboy rayonunun Qazanbulaq qəsəbəsində içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə yeni layihə əsasında, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 7 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılmış, yeni su xəttlərinin çəkilməsi həyata keçirilmişdir. Əvvəllər Qazanbulaq qəsəbəsində mərkəzləşdirilmiş içməli su təchizatı sistemi mövcud olmayıb və tikinti normalarına uyğun olmayaraq,  əhali tərəfindən çəkilmiş xətlər normal su təchizatı aparmağa imkan vermirdi, su itkilərinə səbəb olurdu. Artıq, bu layihə çərçivəsində, 196 ünvana birləşmə verilərək sayğaclar quraşdırılmış və bununla da su itkilərinin qarşısı alınaraq sudan səmərəli və qənaətlə istifadə təmin ediləcəkdir. Bununla bağlı qəsəbədə keçirilən tədbirdə, RİH Başçısı Məhərrəm Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı  Anar Məmmədov, “Azərsu” ASC-nin 7 saylı Regional Sukanal İdarəsinin nümayəndələri, rayon fəalları, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak etdilər.

Keçidlər