Goranboy rayonunun mərkəzi ilə yanaşı digər yaşayış məntəqələrində də abadlıq işləri diqqət mərkəzindədir.
07 yanvar 2023 | 10:08
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin Balakürd kəndində keçirdiyi səyyar qəbulda kənd sakinləri tərəfindən, kənddaxili küçələrin abadlaşdırılması ilə bağlı müraciətlər də ünvanlanmışdı. Vətəndaşların müraciətlərinə həssas və operativ yanaşılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə İcra Başçısı aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyyələrini bildirmişdi. Məhz həmin tapşırıq və tövsiyyələrə uyğun olaraq, həmçinin rayonda aparılan genişmiqyaslı tikinti, quruculuq, yenidənqurma və abadlıq işləri çərçivəsində, Balakürd kəndində küçələrə daş-çınqıl veriməsi və hamarlanması işləri aparılır.