Goranboy rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat iclasları davam etdirilir
Xınalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 2024-cü il ərzində görülmüş işlər, mövcud problemlər və cari ildə qarşıda duran vəzifələr barədə keçirilən hesabat iclasında, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, yerli bələdiyyə, ərazidə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər. İclasda, ilk olaraq, 2024-cü il ərzində rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər barədə rayon İcra Hakimiyyətinin məsul əməkdaşının çıxışı, kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat məruzəsi, sonra hesabat məruzəsi ətrafında kənd sakinlərinin fikirləri, əsas həlli vacib problemlər və təkliflər dinlənildi.