Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunun Erkeç kəndində səyyar qəbul keçirildi

20 iyul 2024 | 10:58

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri ilə birgə Erkeç kəndində səyyar qəbul keçirdi. Sakinləri dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən içməli su, yol, təbii qaz və rabitə təsərrüfatı xətlərinin yenilənməsi məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirdi.

Keçidlər