Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində səyyar qəbul keçirildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə birgə, Aşağı Ağcakənd qəsəbəsində səyyar qəbul keçirildi. Qəbulda, mövcud problemlərin, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələr verildi.