Goranboy rayonunun Alpout kəndində intensiv üsulla becərilən bağçılıq təsərrüfatı genişləndirilir.
30 may 2023 | 10:38
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Alpout kəndində 42 hektar sahədə intensiv üsulla becərilən ərik bağçılıq təsərrüfatında oldu. Burada, yüksək məhsuldarlığın əldə olunması və suvarma suyunun dayanaqlı təminatı məqsədi ilə suni su anbarı da yaradılmışdır.