Şriftin ölçüsü :

Saytın rəngi :

“Goranboy rayonunun 2022-ci ildə sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı sahəsində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr ilə bağlı” rayon İcra Hakimiyyəti başçısının hesabat iclası keçirildi.

28 fevral 2023 | 10:12

Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Şura üzvlərinin, rayonun rəhbər şəxslərinin, rayonda fəaliyyət göstərən xidmət sahələrinin və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndə və yerli bələdiyyələrin, rayon ictimaiyyəti  fəallarının, bir qrup  Şəhid ailəsinin,  Vətən Müharibəsi Qazilərinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə  rayon Olimpiya İdman Kompleksinin akt zalında, “Goranboy rayonunun 2022-ci ildə sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı sahəsində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr ilə bağlı” rayon İcra Hakimiyyətinin başçısının hesabat iclası keçirildi. Tədbirdə öncə, "2023-cü il-Heydər Əliyev ili" ilə bağlı, həmçinin Ümummilli Liderimizin və Prezident cənab İlham Əliyevin müxtəlif vaxtlarda, rayonumuza səfərlərini əks etdirən xüsusi videoçarx izlənildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  güclü iradəsi, beynəlxalq siyasi nüfuzu  və davamlı dəstəyi sayəsində Azərbaycan dövlətinin beynəlxalq arenada  siyasi və iqtisadi qüdrətinin 2022-ci ildə daha da gücləndiyini, aparılan kompleks islahatlar ölkəmizin, o cümlədən Goranboy rayonunun  yeni rekordlara imza atmasına  imkanlar yaratdığını vurğulayan icra başçısı Məhərrəm Quliyev hesabat iclasında geniş məruzə ilə çıxış edərək bildirdi ki, 44 günlük Şanlı Vətən müharibəsi ilə azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri hazırda davam etdirilir. Qarabağda həyata keçirilən böyük quruculuq işləri Azərbaycanın tarixən dilbər güşəsi adını qazanan bu torpaqların yenidən cənnətə çevrilməsində əhəmiyyətli rol oynayacaq. 2022-ci ildə Azərbaycan üçün bir çox məqamlarda uğurları ilə yadda qaldı. Azərbaycan Ordusu Ermənistan Ordusundan həm texnoloji, həm hərbi hazırlıq, həm də personal cəhətdən üstün olduğunu sübut etdi. Cənab Prezidentin, “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının təsdiq edilməsi barədə”, 29 yanvar 2019-cu il tarixli Fərmanının  icrası, Goranboy rayonunda  ötən il ərzində  də  uğurla təmin edilmiş,  bu istiqamətdə zəruri tədbirlər görülmüş və  mühim sosial-iqtisadi, ictimai-siyasi və mədəni layihələr həyata keçirilmişdir. 2022-ci ildə rayonda fəaliyyət göstərən müəssisə, təşkilıat və fərdi sahibkarlar tərəfindən  468 320 800 manatlıq ümumdaxili məhsul istehsal olunmuşdur. ÜDM-un 78,5 faizi məhsul istehsalı sahəsinə, o cümlədən 7,3 faizi sənaye, 27,8 faizi kənd təsətrrüfatı və 43,4 faizi  tikinti sahəsinə,  21,5 faizi isə xidmət sahələrinə aiddir. İl ərzində rayon ərazisində, ümumilikdə əhaliyə 35 987 500 manat ödənişli xidmətlər göstərilmişdir. Göstərilən xidmətlərin 35,3 faizi dövlət, 64,7 faizi qeyri-dövlət müılkiyyətinin payına düşür. Göstərilən məişət xidmətinin həcmi – 3 261 700 manat təşkil edir. 2022-ci ildə müəssisə, idarə və təşkilatlarda 773 vakant iş yerlərinə qəbullar olmuşdur. İl ərzində 314 yeni iş yeri yaradılmış, bundan 118-i daimidir. Muzdla çalışan işçilərin sayı-12802 nəfər olmuşdur. Əhalinin 21.3 faizi şəhərlərdə, 78.7 faizi isə qəsəbə və kəndlərdə yaşayır. 2022-ci ildə 1592 körpə doğulmuş, 604 nəfər vəfat etmiş, 704 nikah və 105 boşanma qeydə alınmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “yerlərdə vətəndaş məmnunluğunun təmin edilməsi” tələbini əsas tutaraq, vətəndaş müraciətlərinə baxılması, xüsusən də, Şəhid ailələri və Qazilərimizin sosial qayğılarının obyektiv araşdırılması, bu sahədə operativlik və obyektivliyin təmin edilməsi daim diqqətdə saxlanılmışdır. İl ərzində rayon sakinləri tərəfindən Mərkəzi icra hakimiyyəti orqanlarına və İcra Hakimiyyətinə ümumilikdə 2012, o cümlədən 1611 ərizə və 401 şikayət xarakterli müraciət ünvanlanmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 447 ədəd azdır. 2022-ci ildə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə, “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində yeni inşa edilmiş 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəbi,           2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Qaraçinar və Tap kənd tam orta məktəbləri əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verildi. Vətən Müharibəsi zamanı erməni silahlı birləşmələri tərəfindən atılan mərmilərin partlaması nəticəsində zərər görmüş Qızılhacılı qəsəbə 1 nömrəli  və Səfikürd kənd tam orta məktəblərinin də cari il ərzində əsaslı təmiri nəzərdə tutulmuşdur. Hazırda rayonumuzda, Tap Qaraqoyunlu kəndi ərazisində İncəçay çayı üzərində Körpünün, Goranboy şəhərində 232 nəfərin işlə təmin olunacağı Medlife Hospitalın və müasir üslubda Şadlıq sarayının tikintisi işləri davam etdirilir. 2022-ci il ərzində, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə rayonumuzun müxtəlif peşə sahələrini təmsil edən bir qrup şəxslər müxtəlif orden və medallarla təltif edilmişdir. Belə ki, 1 nəfər - Kənd Təsərrüfatının inkişafı sahəsində göstərdiyi yüksək xidmətlərə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə,  1 nəfər –təhsil sahəsində göstərdiyi yüksək xidmətlərə görə “Tərəqqi” medalı  ilə və 1 nəfər –“dövlət qulluğunda fərqlənmə” medalı ilə təltif edilmişdir.                              

Hesabat iclasının sonunda,  Dövlət Başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə rayon ictimaiyyətinin müraciəti oxundu.

Qətiyyətlə bildirildi ki, “Biz goranboylular  həmişə olduğu kimi, bundan sonra da həyata keçirilən möhtəşəm quruculuq işlərində daha da yaxından iştirak edəcək, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  böyük diqqət və qayğısına əməli işimizlə cavab verəcək, müstəqil Azərbaycanımızın inkişafı naminə üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcək,   “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə üzərimizə düşən vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinə çalışacağıq.”

 

 

 

 

 

 

 

Keçidlər