Goranboy rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində su ehtiyatlarından səmərəli istifadə ilə bağlı işlər davam etdirilir.
Goranboy Rayon İcra Hakimiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı, Tədbirlər Planının icrası ilə əlaqədar rayon ərazisində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aidiyyəti qurumlar tərəfindən su ehtiyatlarından səmərəli istifadə ilə bağlı müvafiq işlər görülür.Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədi ilə may ayı ərzində Goranboy rayonu Suvarma Sistemləri idarəsi tərəfindən 2000 kub metr təsərrüfatlar arası və təsərrüfatlar daxili arxlarda lildən və kol-kosdan təmizlənmə işləri görülmüş, 85 ədəd subartezian quyularının aqreqat-nasosları yenilənmişdir.Bu istiqamətdə əməli təbirlər davam etdirilir.